Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » AVCİYA Xaçmazda seçici hüquqlarını müzakirə edib
03.05.11 20:15

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Xaçmaz şəhərində növbəti seminar keçirib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya AVCIYA-nın mətbuat xidmətindən veriblər. Seminar “Seçici hüquqlarının müdafiəsinin, seçki şikayətlərinə baxılmasının təkmilləşdirilməsi üçün tövsiyələrin hazırlanması və regionlarda maarifçilik işinin təşkili” adlı layihə çərçivəsində baş tutub. Tədbirdə seçici hüquqlarının müdafiəsi, seçki şikayətlərinə baxılması sahəsində mövcud problemlər müzakirə olunub, tədbir iştirakçılarının sualları cavablandırılıb. Tədbir iştirakçıları öz çıxışlarında seçki şikayətlərinə baxılması prosedurunun nisbətən sadələşdirilməsinə, “Seçki Məcəlləsi”nə beynəlxalq standartlara uyğun bir sıra dəyişikliklərin edilməsinə ehtiyac olduğunu xüsusi qeyd ediblər. Tədbirin sonunda AVCİYA–nın Seçki Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı tövsiyələri iştirakçıların nəzərinə çatdırılıb. Qeyd edək ki, seminar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə reallaşıb.
URL / WWW
http://kelam.az/article/a-3460.html