Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Zahid Oruc: “Terrorla mübarizə yeni ərazilərin ələ keçirilməsi vasitəsinə çevrilməməlidir”
04.05.11 02:12

“Üsəma bin Ladenin ölümü bir daha sübut edir ki, hər hansı bir terror təşkilatının əsası hansısa güc dövlətinə bağlı olsa da, nə qədər müasir silahlara, mühüm kəşfiyyat məlumatlarına malik olsa da, onun fəaliyyətinin sonu qalibiyyət yox, məhvdir”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib. O hesab edir ki, indi dünyada terrora qarşı mübarizə bütün cinahlarda, bütün məkanlarda aparılmalıdır. “Eyni zamanda, bu mübarizə heç olmasa bundan sonra heç bir halda soyuq savaş, dinlərarası konfliktlər, yeni ərazilərin ələ keçirilməsi vasitəsinə çevrilməməlidir” - deyə millət vəkili vurğulayıb. Z.Oruc ümid edir ki, bin Ladeni ətrafındakılardan kimsə təkrarlaya, eləcə də onun ölümündən kimlərsə dinlərarası konflikti dərinləşdirmək məqsədilə istifadə edə bilməyəcək. “Əgər hər şey bu axarla davam edərsə, dünya artıq axıra kimi bütün terror qruplarına qarşı eyni səmimiyyətlə mübarizə aparmağa nail olacaq” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3458.html