Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarovun Serbiya və Monteneqroya rəsmi səfərləri başlayıb
04.05.11 02:11

Xarici işlər naziri Elmar Məmmədyarovun Serbiya və Monteneqroya rəsmi səfərləri başlayıb. Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfərlər bu gündən mayın 5-nə kimi nəzərdə tutulub. Serbiya səfəri çərçivəsində E.Məmmədyarovun Serbiya prezidenti Boris Tadiç, bu ölkənin xarici işlər naziri Vuk Yeremiç, Serbiyanın əmək və sosial siyasət naziri Rasim Lyaiç, Serbiya baş nazirinin birinci müavini və daxili işlər naziri İvitsa Daçic, Serbiya Milli Assambleyasının prezidenti xanım Slavitsa Cukiç Deyanoviç və Serbiyanın baş naziri Mirko Tsvetkoviç ilə görüşləri gözlənilir. Monteneqroya səfəri zamanı E.Məmmədyarovun bu ölkənin xarici işlər və Avropaya inteqrasiya naziri Milan Roçen, Monteneqronun baş naziri İqor Lukşiç, Monteneqro parlamentinin spikeri Ranko Krivikapiç, Monteneqronun prezidenti Filip Vuyanoviç ilə görüşləri planlaşdırılıb. Hər iki səfər zamanı ikitərəfli münasibətlər, regional təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi, siyasi mədəni və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə mövzusu olacaq.
URL / WWW
http://kelam.az/article/a-3454.html