Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Luvr muzeyinin direktoru Azərbaycana gəlir
03.05.11 02:11

3-5 may 2011-ci il tarixində Fransanın məşhur Luvr muzeyinin direktoru Anri Luaret Azərbaycana səfər edəcək. “KƏLAMİNFO”nun Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin Anri Luareti qəbul etməsi planlaşdırılır. Səfər zamanı Azərbaycan Dövlət İncəsənət Muzeyində Luvr Muzeyinin kolleksiyasından iki mövzuda sərgilərin təşkili nəzərdə tutulur. Eləcə də Bakıda yeni xalça muzeyinin açılış mərasimi zamanı Luvr Muzeyinin xalça kolleksiyasından bir neçə eksponatın müvəqqəti təqdim edilməsinin mümkünlüyü kimi məsələlərin müzakirə olunması gözlənilir. Səfər zamanı Anri Luaretin Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasına baxış keçirməyi, Müasir İncəsənət Muzeyində rəssam Əliyar Əlimirzəyevin sərgisinin açılış mərasimində iştirakı, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunu, Qala Qoruğunda “Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksini və Mərdəkan qalalarını ziyarət edəcəyi nəzərdə tutulub. Səfər proqramına, həmçinin Əbülfəs Qarayevin yanında KİV-in iştirakı ilə mətbuat konfransı və Azərbaycan Dövlət İncəsənət Muzeyinin rəhbərliyi ilə görüş daxil edilib.
URL / WWW
http://kelam.az/article/a-3451.html