Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Bin Ladenin 6 uşağı və 2 arvadı saxlanılıb
02.05.11 20:11

Pakistanın xüsusi xidmət orqanları «Əl-Qaidə» lideri Üsəma bin Ladenin altı uşağını və iki arvadını saxlayıblar. «KƏLAMİNFO» «Sinxua»ya istinadən xəbər verir ki, onlar İslamabad yaxınlığındakı dağlıq ərazidə həbs ediliblər. Konkret olaraq kimin həbs edildiyi açıqlanmır. Ladenin nə az, nə çox, düz 19 uşağı var. Mayın 1-də öldürülən «bir nömrəli terrorçu» artıq dənizdə dəfn edilib. Bu barədə Amerikanın «CNN» və «NBC» kanalları adları açıqlamayan amerikalı məmurlara istinadən məlumat yayıblar. ABŞ hakimiyyət nümayəndələri qeyd ediblər ki, bu addım həmin yerin sonradan onun tərəfdarlarının ziyarət yerinə çevrilməməsi üçün atılıb. Maraqlıdır ki, KİV Ladenin başından güllə yarası alaraq öldürüldüyünü də yazıb.
URL / WWW
http://kelam.az/article/a-3447.html