Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Suraxanıda korrupsiyaya qarşı mübarizəyə həsr olunan müşavirə keçirilib
02.05.11 20:11

Suraxanı rayon İcra Hakimiyyətində korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərin müzakirəsinə həsr olunan müşavirə keçirilib. Müşavirədə yerli icra hakimiyyəti orqanı, rayon ərazisində yerləşən dövlət idarə, təşkilatların rəhbərləri və əməkdaşları iştirak edib. Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan (DQMK) “KƏLAMİNFO”ya verilən məlumata görə, müşavirə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının (2007-2011-ci illər) tələblərinə uyğun keçirilib. Müşavirədə DQMK-nin Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli “Dövlət qulluqçularının etik davranış qaydalarının ümumi əsasları” və Hüquq sektorunun müdiri Vüqar Əsgərov “Korrupsiyaya qarşı mübarizə və maraqlar toqquşmasının qarşısının alınması” mövzularında təqdimatla çıxış ediblər.
URL / WWW
http://kelam.az/article/a-3446.html