Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ölkə səhiyyəsində Nümunəvi Tibbi-İnformasiya Sisteminin tətbiqi davam edir
02.05.11 19:11

Azərbaycanda səhiyyə müəssisələrinin fəaliyyətini təmin edən Nümunəvi Tibbi-İnformasiya Sisteminin (NTİS) növbəti tətbiqinə M.Topçubaşov adına Elmi- Cərrahlıq Mərkəzində başlanıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. Elmi-Cərrahlıq Mərkəzində daxili mərkəzləşdirilmiş kompüter şəbəkəsi quraşdırılıb, 40 fərdi kompüter bir domen altında şəbəkəyə qoşulub və hər birinə NTİS-in proqram təminatı yazılıb. Müxtəlif profilli cərrahi əməliyyatların aparılması ilə məşğul olan bu mərkəzdə xəstələrə göstərilən bütün növ tibbi xidmətlərin, onların müalicə və müayinə nəticələri, cərrahi əməliyyatların sistemə daxil edilməsi üçün lazımi şərait yaradılıb, hesabat və statistik formalar sistemə daxil edilib və istənilən vaxtda çap edilərək sistemdən çıxarılması təmin edilib. Burada NTİS-nin fəaliyyətini təmin etmək üçün tələb olan serverlər, əməliyyat sistemləri və müxtəlif servislər Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi və Akgün Yazılım Şirkətinin mütəxəssisləri tərəfindən qurulub. Tərtib olunmuş təlim qrafikinə əsasən təlimlərdə 252 nəfər həkim və orta tibb işçiləri iştirak edir. Bu təlimlər sistemin Xəstə qeydiyyat/qəbul modulu – (Amblulator Qəbul modulu), Poliklinika modulu, xəstənin xəstəxanada yatması, yatan xəstəyə nəzarət edilməsi və xəstənin çıxış əməliyyatları modulu (Stasionar Qəbul Modulu), Tibb bacısı nəzarəti və təşəbbüs modulu (Servis Modulu), Laboratoriya modulu, Əczanə modulu, Şəxsi heyət modulu (İşçi modulu), Şəxsi iş və arxiv modulu (Arxiv Modulu), Tibbi Mərkəz modulu (İdarəetmə modulu), Radiologiya, Statistika və Maaş modulları üzrə ayrı-ayrı şəxsi heyətə keçiriləcək. Artıq poliklinik qəbul şöbəsinin tibb qeydiyyatlıları, tibb bacıları və həkim heyətinə müvafiq modullar üzrə təlimlər verilib.
URL / WWW
http://kelam.az/article/a-3444.html