Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Nazir Əli Abbasov Moskvada keçiriləcək sərgiyə qatılır
02.05.11 20:11

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılığı altına Azərbaycan nümayəndə heyəti mayın 10-dan 13-dək Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək “Svyaz Ekspokomm-2011” 23-cü Beynəlxalq telekommunikasiya avadanlığı, idarəetmə sistemləri, informasiya texnologiyaları və rabitə xidmətləri sərgisində iştirak edəcək. RİTN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, respublikanı tədbirdə təmsil edəcək nümayəndə heyətinin tərkibinə həmçinin ölkənin özəl telekommunikasiya şirkətlərinin nümayəndələri daxildir. Sərgidə Azərbaycan ayrıca pavilyonla təmsil olunacaq. Stendlərdə son illər ərzində respublikanın informasiya texnologiyaları sahəsində məhsulları, xidmətləri, həlləri və əldə olunan nailiyyətləri öz əksini tapacaq. Sərgi çərçivəsində iştirakçılar Azərbaycanın İT-bazarının imkanları, eləcə də respublikada həyata keçirilən layihələr, xüsusən Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, Trans-Avrasiya super informasiya magistralı (TASİM) və Elektron hökumət haqqında məlumatlandırılacaqlar.
URL / WWW
http://kelam.az/article/a-3443.html