Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Zahid Oruc: “ABŞ-la münasibətlərdə ən böyük maneə Türkiyə-Ermənistan məsələsidir”
02.05.11 19:11

“Çox təəssüf ki, bu gün Bakı ilə Vaşinqtonun münasibətləri 4-5 il bundan əvvəlki vəziyyətə deyil”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. Millət vəkilinin fikrincə, son 5-6 il ötən 2 ildəki kimi də deyil. “Ötən 3-4 il göstərirdi ki, Azərbaycan-ABŞ münasibətlərində ən böyük maneə Türkiyə-Ermənistan məsələsidir. Yəni ölkədaxili və başqa hansısa məsələlər deyildi. İkinci səbəb isə bir sıra hallarda Barak Obama administrasiyasının beynəlxalq miqyasda siyasəti ilə bilavasitə əlaqəli idi. Burada Azərbaycan hakimiyyətinin maraqlarını axtarmaq, guya bu siyasətin hansısa antipatiyalar və ya simpatiyalar əsasında müəyyənləşdiyini vurğulamaq yerində olmazdı. Faktiki olaraq son dövrlər, xüsusilə də Metyu Brayzanın səfir kimi təyinatından sonra müsbət impulslar xeyli çoxalıb” - deyə Z.Oruc vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3442.html