Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Paytaxtın bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
02.05.11 20:11

Litva prezidenti Daliya Qribauskaytenin Azərbaycana rəsmi səfəri zamanı paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Bakı şəhər Baş Polis İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov verib. Qeyd edilib ki, mayın 2-si saat 13:00-dan tədbirlər başa çatanadək Aeroport şossesi ilə şəhərin mərkəzi istiqamətində - yəni Heydər Əliyev pr-ti, 10-cu zavod dairəsi, Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər pr-ti, Azneft meydanı, Niyazi və İstiqlaliyyət küçələri, geriyə Neftçilər prospekti, Rəşid Behbudov, Bakıxanov Ceyhun Hacıbəyli, Vaqif küçələri, Qələbə meydanı, Atatürk prospekti, Həsən Əliyev, Səməd Vurğun küçəsi, İnşaatçılar, Hüseyn Cavid, Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin, Lermantov, 10-cu park küçələrində, mayın 3-də isə 7:30-dan 15:00-dək Fəxri Xiyaban və Şəhidlər Xiyabanı, eyni marşrutlar üzrə Azneft dairəsindən Heydər Əliyev adına beynəlxalq Hava Limanı istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılcaq.Qeyd olunan istiqamətdə sıxlığın yaranmaması üçün yol polisi digər nativ yollardan istifadə etməyi tövsiyə edir.
URL / WWW
http://kelam.az/article/a-3440.html