Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Köçəryan-Sarkisyan ixtilafı Ermənistanı inqilaba aparır
30.04.11 02:03

Rusiyanın «Moskovski komsomolets» qəzetinə «Miabanutyun» Erməni milli klubunun rəhbəri Smbat Karaxanyanın analitik hesabatı daxil olub. Orada qeyd olunur ki, Robert Köçəryanla indiki prezident arasında siyasi maraqlardan doğan münaqişə mövcuddur. Karaxanyanın məlumatına görə, Köçəryan 2013-cü ildə keçiriləcək prezident seçkilərində «Çiçəklənən Ermənistan»la öz namizədliyini irəli sürməyi müzakirə etmək istəyib. Məlumat üçün deyək ki, bu partiya ötən parlament seçkilərində Köçəryanın təşəbbüsü ilə yaradılıb. Bu isə Prezident Administrasiyasında narahatçılıq yaradıb. Bu səbəbdən hakim koalisiyaya daxil olan bütün partiyalardan Sarksiyana loyallığını göstərən bəyannamə tələb edilib. «KƏLAMİNFO»nun məlumatına görə, «Çiçəklənən Ermənistan»ın rəhbəri Qaqik Çarukyan da çox götür-qoy etdikdən sonra öz loyallığını təsdiq edib. Karaxanyan hesab edir ki, bu addım hakimiyyəti 2012-ci ildə keçiriləcək seçkilərdə siyasi manevr etməkdən məhrum edib. Ekspertin qənaətincə, top hazırda hakimiyyətin sahəsindədir: onlar ya müxalifətlə danışıqlara gedəcək, ya da onları aldatmağa çalışacaqlar. Bu isə Ermənistanı inqilab ssenarisi ilə üzbəüz qoya bilər.
URL / WWW
http://kelam.az/article/a-3438.html