Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı əsaslandırılmış təkliflər hazırlanmalıdır
29.04.11 21:03

Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı bizə yenicə tapşırıq daxil olub və biz hələ o təklifləri hazırlamamışıq. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov söyləyib. Müəllimlərə yeni statusun verilməsi ilə bağlı hansı işlərin görüldüyü, bununla bağlı Təhsil Nazirliyinin nə kimi təklifləri olduğuna münasibət bildirən F.Qədirov qeyd edib ki, bununla bağlı əsaslandırılmış təkliflər hazırlanmalıdır. “Bu təcrübə Azərbaycanda olmayıb. Ona görə də bunun üçün fikir formalaşmalıdır”,-deyən F.Qədirov sənədin hazılanmısında xarici təcrübədən də istifadə ediləcəyini istisana etməyib. Sənədin bu il ərzində hazılanacağına gəlincə, F.Qədirov bildirib ki, statusla bağlı Konsepsiyanın hazılanmasına 3 ay vaxt verilib. Onun sözlərinə görə, konsepsiya hazırlandıqdan sonra onun icra mexanizmləri və digər məsələləri yaradılmalıdır ki, bu da xeyli vaxt aparacaq. Yeni statusun əvvəllər müəllim işləyənlərə də şamil olunacağmı sualına gəlincə, F.Qədirov qısa olaraq belə cavab verib ki, hər şey təklifər və onların qəbul edilməsindən asılı olacaq. Xatırladaq ki, bu günlərdə Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə Sərəncam ımzalayıb.
URL / WWW
http://kelam.az/article/a-3436.html