Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bakıda Azərbaycan və Türkiyədə siyasi durum müzakirə olunur
29.04.11 21:03

Bu gün Bakıda “Azərbaycan və Türkiyədə siyasi pluralizmin inkişafı və durumu” mövzusunda Dəyirmi masa keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, konfransda hər iki ölkənin yaşadığı siyasi durum və pluralizm ənənləri müzakirə olunub. Konfransda Türkiyə Bahçışehir Univesritetinin rektoru Yılmaz Esmer Türkiyədəki pluralizmin inkişaf amillərindən və onun tarixdə keçdiyi yoldan bəhs edib. O, qeyd edib ki, bu sahədə ölkəsinin kifayət qədər təcrübəsi var. Daha sonra müzakirələrdə iki ölkə arasında siyasi ələqələrin tarixi ənənlərindən danışılıb. Tədbirdə AMEA-nın əməkdaşı, siyasi təhlilçi İradə Bağırova və ekspert Hikmət Hacızadə siyasi pluralizmin inkişafına dəstək verən amillərdən, hər iki ölkədə partiyaların səfərbər strategiyalarının əhəmiyyətindən, çox partiyalı sistemin inkişafından və s. mövzulardan danışıblar. Tədbirdə hər iki ölkədən alimlər və mütəxəssislər, o cümlədən Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak edir. Toplantı sabah da davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-3434.html