Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Misir Mərdanov: “Ali məktəblərin dövlət sifarişli ixtisasları üzrə təhsil haqlarının artırılması nəzərdə tutulur”
30.04.11 02:03

2011-2012-ci il tədris ili üçün ali məktəblərin dövlət sifarişli ixtisasları üzrə təhsil haqlarının artırılması nəzərdə tutulur. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov deyib. M.Mərdanov bildirib ki, bununla bağlı Təhsil Nazirliyi Maliyyə Nazirliyinə müraciət edib. Onun sözlərinə görə, təhsil haqlarının nə qədər artırılacağı hələlik bəlli deyil. M.Mərdanov onu da əlavə edib ki, artıq Azərbaycan Nazirlər Kabineti növbəti tədris ili üçün ali məktəblərə qəbul planını təsdiqləyib. M.Mərdanov Dillər Universitetində diplom işinin ləğv edilməsinə də münasibət bildirib. O, bu işin pilot layihə kimi həyata keçirildiyini qeyd edib. Bildirib ki, layihə uğurlu olarsa, digər ali təhsil ocaqlarında da tətbiq oluna bilər.
URL / WWW
http://kelam.az/article/a-3433.html