Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Məhbuslara bayram və istirahət qadağası
30.04.11 02:03

Bundan sonra bir sıra məhkumlar islah qaydalarını pozduqlarına görə cəzalandırılacaqlar. “KƏLAMİNFO” xəbər verir ki, hazırda Milli Məclisdə Cəzaların İcrası Məcəlləsinə əlavə və dəyişikliklərdə nəzərdə tutulub ki, Açıq tipli cəzaçəkmə müəssisələrində cəzanın icrası qaydalarını pozan məhkumlara 3 ay ərzində bayram və istirahət günlərini müəssisədən kənarda keçirmək qadağan olunacaq. Əlavə və dəyişikliklərdə qeyd olunur ki, açıq tipli cəzaçəkmə müəssisələrində cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlara 1 ay müddətində müəssisədən kənara çıxmaq kimi tənbeh tədbiri də tətbiq oluna bilər. Məhkumun müəssisəni icazəsiz tərk etməsi və onun üzürsüz səbəbdən ayda 2 dəfədən çox cəzaçəkmə müəssisəsinə vaxtında qayıtmaması məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın icrası qaydalarının qərəzli pozulması hesab olunur. Başqa bir dəyişikliyə görə, cəzaçəkmə müəssisəsindən kənarda müəssisəyə yaxın ərazidə işə düzələn və ya ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan məhkumlar cəzaçəkmə müəssisəsinin müdriyyətinin icazəsi ilə sutkada 12 saatdan artıq olmayan müddətə müəssisəsdən kənarda, Azərbaycan hüdudlarında nəzarətsiz hərəkət edə bilərlər. Həmçinin məntəqə tipli cəzaçəkmə müəssisəsinin müdriyyəti tərəfindən zəruri hesab edildikdə, cəzaçəkmə müəssisəsindən kənarda işə düzələn və ya təhsil alan məhkumun müvafiq olaraq işdən və ya təhsildən yayınıb-yayınmaması yoxlanıla bilər. Yoxlama zamanı işdən və təhsildən üzürsüz səbəbdən yayınma halı müəyyən edilərsə, məhkum barədə çıxarılmış əvvəlki qərar ləğv edilir. Qeyd edək ki, qanun layihəsi Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılacaq.
URL / WWW
http://kelam.az/article/a-3432.html