Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan AŞ-nin Rəhbər Komitələrinin iclaslarında təmsil olunacaq
29.04.11 21:01

Mayın 3-4-ü tarixlərində Strasburqda Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsi və 5-6 may tarixlərində Mədəni İrs üzrə Rəhbər Komitənin növbəti iclasları keçiriləcək. Tədbirdə Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. İclasın gündəliyinə Avropa Şurasının Mədəniyyət sahəsi üzrə hökümətlərarası işi üçün yeni strukturlar, prioritetlər və iş əlaqələri, əldə olunmuş nailiyyətlər, 2012-2013-cü illər üçün mədəniyyət siyasəti, mədəniyyətlərarası dialoq, mədəni marşrutlar üzrə Hissəvi Saziş və s. kimi məsələlər daxil edilib. Tədbirdə ölkəmizin iştirak etdiyi layihələrlə yanaşı, Bakıda keçirilmiş “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”nun nəticələri də müzakirə olunacaq.
URL / WWW
http://kelam.az/article/a-3431.html