Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » 700 şəxs barəsində 386 cinayət işi məhkəmələrə göndərilib
28.04.11 20:48

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən 2005-ci ildən bu günədək rüşvətalma, vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını talama və digər faktlar üzrə 700 şəxs barəsində 386 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı idarə rəisi Kamran Əliyev Litvanın baş prokuroru Darius Valis və bu ölkənin Xüsusi İstintaq Xidmətinin baş direktoru Zimantas Paseviçiusla görüşündə söyləyib. Qonaqlara məlumat verilib ki, Korrupsiyaya qarşı Mübarizə Idarəsinin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiqi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilməklə, bu qəbildən olan cinayətlər barədə vahid informasiya bazası yaradılaraq 2009-cu ilin yanvar ayından mütəmadi və fasiləsiz fəaliyyət göstərməyə başlanıb.
URL / WWW
http://kelam.az/article/a-3422.html