Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında növbəti elmi-metodiki seminar keçirilib
25.11.09 23:00

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) fizika və kimya fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Fizika fənni üzrə seminarda 2009-cu ildə ali məktəblərə IV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında fizika fənnindən istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki (D variantı) təhlili olunub. Test tapşırıqları abituriyentlərin fizikadan bilik və bacarıqlarını yoxlamağa imkan verib. Qəbul imtahanında məntiqi düşüncəyə əsaslanan, nəzəri biliklərin tətbiqini və fiziki hadisə və proseslərin mahiyyətinin dərk edilməsini tələb edən keyfiyyət xarakterli test tapşırıqları üstünlük təşkil edib. Aparılan təhlil göstərib ki, abituriyentlərin əksəriyyəti hesablama xarakterli keyfiyyət tipli test tapşırıqlarının həllində çətinlik çəkiblər. Kimya fənni üzrə elmi-metodiki seminarda isə 2009-cu ildə ali məktəblərə IV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında kimya fənnindən (D variantı) təklif edilmiş test tapşırıqlarının elmi-metodiki təhlili olunub. Müzakirələr nəticəsində qeyd edilib ki, imtahanda istifadə edilmiş test tapşırıqları respublikanın orta məktəblərində qüvvədə olan tədris proqramı əsasında hazırlanmış qəbul proqramına və dərsliklərə tam uyğun olub. Test blokunda sxem, cədvəl, qrafik tipli məntiqi düşüncə, nəzəri biliklərin tətbiqini tələb edən, qeyri-standart test tapşırıqları üstünlük təşkil edib.
URL / WWW
http://kelam.az/article/a-342.html