Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “İRƏLİ” e-ticarətin tətbiqinin sirlərini öyrədəcək
28.04.11 20:47

“İRƏLİ” İctimai Birliyi Azərbaycanda ilk dəfə təqdim olunan geniş auditoriyalı açıq seminar təlim metodunun tətbiqinə start verir. Bu silsilədən ilk təlim aprelin 30-da “e-ticarət” mövzusunda keçiriləcək. “İRƏLI” İB-nin mətbuat katibi Aynur Həsənzadənin “KƏLAMİNFO”ya verdiyi məlumata görə, tədbirə e-ticarətin növləri, e-ticarət anlayışı haqqında məlumatlar əldə etmək, öz e-biznesini qurmaq, iş yerlərində və ya gələcək iş həyatında e-ticarəti tətbiq etməyin sirlərini öyrənmək istəyənlər dəvətlidir. Təlim Xəzər Universitetində “Golden Pay” şirkətinin rəhbəri Farid İsmayılzadə tərəfindən tam ödənişsiz keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-3418.html