Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Politoloq: “Rusiya və Ermənistan Azərbaycana güc nümayiş etdirmək istəyir”
28.04.11 20:47

“Bu gün ABŞ-ın başı Yaxın Şərqə, ərəb ölkələrinə qarışdığı üçün Cənubi Qafqaz, o cümlədən də Dağlıq Qarabağ və yaxud da Azərbaycanla nəzərdə tutulan təlimlər onun üçün ikinci plana keçib”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib. O, qeyd edib ki, hazırda Vaşinqtonun xarici siyasəti bütünlüklə ərəb ölkələrində baş verən proseslərə yönəlib və digər regionlardakı marağı onun hələ ki, dondurulmuş vəziyyətdədir. “Yaxın vaxtlarda da ABŞ-ın Azərbaycanla nəzərdə tutulan təlimlərinin baş tutacağı inandırıcı deyil, çünki ABŞ-ın başı ərəb ölkələrinə elə qarışıb ki, onun Qafqazda hansısa təlimlər keçirməsinə ehtiyac qalmayıb”,-deyə V.Quluzadə vurğulayıb. Azərbaycanın öz sərhədlərində keçirdiyi təlimlərə qarşı Ermənistan və Rusiyanın birgə təlimlərinə toxunan politoloq deyib ki, onların bu reaksiyası sadəcə güc nümayiş etdirmək həvəsidir. “İnanmıram bu təlimlər Qarabağda müharibənin dərhal başlanmasına rəvac versin. Çünki birdəfəlik anlamaq lazımdır ki, müharibənin başlanması Ermənistandan asılı deyil, bunun üçün Rusiya ilə yanaşı, digər iri güc dövlətlərinin razılığı olmalıdır. O şərait isə indi hazır deyil. Ona görə də intensivləşən bu təlimlərin müharibəyə çevrilməsi gözlənilən deyil”,-deyə ekspert əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3416.html