Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Politoloq: “Azərbaycan hərbi strateji müttəfiqlərinin sayını artırmalıdır”
27.04.11 17:06

“Bu gün Azərbaycanın hərbi strategiyasında qarşıda duran ən mühüm məsələ strateji müttəfiqlərinin konkretləşdirilməsi və onlarla hərbi sahədə əməkdaşlıqda lazımı hüquqi bazanın yaradılmasıdır”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Prezident yanında Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirov söyləyib. Türkiyə ilə artıq bu addımın atıldığını deyən E.Nəsirov bu sayın azlığını və bunu digər dövlətlərin timsalında artırılmasının vacibliyini bildirib. O, qeyd edib ki, hərbi strategiyanın güclənməsində Azərbaycanın əlavə silah-sursata da ehtiyacı böyükdür. “Nəzərə alsaq ki, ölkədə hərbi sənaye inkişaf edir, o zaman belə iri silahların Azərbaycanda istehsalı üçün də müvafiq beynəlxalq hərbi sənaye komplekslərindən lisenziya alması da vacibdir. Məsələn ABŞ-ın F-16 qırıcı təyyarələrinin lisenziyasını Türkiyə hələ ötən əsrin 80-ci illərinin əvvəllərində alıb və o vaxtdan istehsal edir. Bununla Türkiyə həm də kifayət qədər büdcəyə gəlir də əldə edib. Hesab edirəm biz də bu praktikadan xeyli yararlana bilərik”,-deyə politoloq vurğulayıb. E.Nəsirovun deyib ki, bu gün Azərbaycanda hərbi sənaye digər sahələrdən də xeyli inkişaf edib və bu tarixi şəraitdən mütləq yararlanmaq lazımdır.
URL / WWW
http://kelam.az/article/a-3412.html