Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Putin Qəddafinin müdafiəsinə qalxdı
28.04.11 03:16

Kopenhagendə çıxış edən Rusiyanın baş naziri Vladimir Putin polkovnik Müəmmar Qəddafinin müdafiəsinə qalxıb. RİA «Novosti»nin yaydığı məlumatda qeyd edilir ki, baş nazir dünyanın heç bir ölkəsinin Liviya liderini öldürməyə sanksiyası olmadığını dilə gətirib. «Deyirdilər ki, Qəddafini öldürmək planımız yoxdur. İndi bir sıra rəsmi şəxslər deyir ki, Qəddafini məhv etmək istəyirlər. Bunu sizə kim icazə verib? Məgər məhkəmə olub? İnsanın öldürülməsi barədə qərarı kim çıxarıb?» - deyə o vurğulayıb. Onun sözlərinə dünya ölkələri beynəlxalq hüquq normalarına uyğun hərəkət etməlidirlər. «KƏLAMİNFO»un məlumatına görə, baş nazir əlavə edib ki, bu dəqiqə əsas maraq Liviyanın təbii ehtiyatlarına yönəlib: «Məndə olan məlumata görə, Liviya Afrikada neft ehtiyatlarına görə birinci, qaza görə isə dördüncü yerdədir».
URL / WWW
http://kelam.az/article/a-3407.html