Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Avropa İttifaqı Azərbaycanda əməyin təhlükəsizliyi ilə bağlı layihəyə başlayır
26.04.11 19:53

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Əmək Təşkilatı və Dünya Bankının Sosial Müdafiənin İnkişafı Layihəsinin dəstəyi ilə “Əməyin Təhlükəsizliyi və Sağlamlığının idarə edilməsi sistemi: fasiləsiz təkmilləşdirmə yolları” mövzusunda Beynəlxalq Konfrans keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, konfrans Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) yaradılması, Azərbaycanda əməyin təftişi işinin təkmilləşdirilməsi istiqamətində Dünya Bankının layihəsinin müvafiq komponentləri üzrə Avropa İttifaqına üzv dövlətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsi, Aİ-nin maliyyələşdirdiyi DƏMX-ın əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində fəaliyyətinin gücləndirilməsi məqsədi daşıyan Tvininq layihəsinin başlaması və aprelin 26-dan mayın 26-dək əməyin mühafizəsi aylığının keçirilməsinə həsr edilib.Konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov qeyd edib ki, hər il dünya üzrə istehsalatda 339 mln. bədbəxt hadisə baş verir, 160 mln. insan peşə xəstəliyinə tutulur, 2 mln. 300 min insan istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində dünyasını dəyişir. Nazir əməyin mühafizəsi sahəsində əhali arasında maarifləndirmə işlərinə diqqətin artırılmasını vacib sayıb. “İstehsalatda baş verən bədbəxt hadisələrin və ölüm hallarının böyük hissəsi özəl təşkilatların payına düşür. Həmkarlar təşkilatlarının fəaliyyət göstərdiyi müəssisələrdə isə belə hallar azdır” - deyə nazir əlavə edib. Aİ “Əməyin mühafizəsi üzrə DƏMX-ə dəstək” Tvininq layihəsini həyata keçirməklə Azərbaycanla yeni əməkdaşlığa qədəm qoyur deyən Avropa İttifaqının Azərbaycandakı səfiri Roland Kobia layihənin 18 ay müddətində həyata keçiriləcəyini qeyd edib. Tvininqin məqsədinin qardaşlıq olduğunu bildirən səfir tərəfdaşların təcrübələrinin bir-birləri ilə bölüşəcəyini əlavə edib. Konfransda, həmçinin Həmkar İttifaqları Konfederasiyasının prezidenti Səttar Mehbalıyev, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Rauf Tağıyev də çıxış ediblər. Qeyd edək ki, layihə Almaniyanın Federal Əmək və Sosial İşlər Nazirliyi ilə Gessen federal torpağının Əmək, Ailə və Səhiyyə Nazirliyi tərəfindən reallaşdırılacaq.
URL / WWW
http://kelam.az/article/a-3404.html