Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Gürcüstanlı tələbələrin Azərbaycan Turizm İnstitutunda təhsil alması təklif olunub
26.04.11 18:53

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Vera Kobaliya arasında görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən “KƏLAMİNFO”Ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasında turizm sahəsində əməkdaşlığın vəziyyəti və perspektivləri, habelə bəzi konkret tədbir və layihələr müzakirə edilib. Ə.Qarayev Azərbaycanda turizm sənayesinin prioritet sahələrdən biri olduğunu qeyd edib və 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan olunduğunu vurğulayıb. Ə.Qarayev Azərbaycan Turizm İnstitutunun fəaliyyəti haqqında məlumat verərək gürcüstanlı tələbələrin qeyd olunan təhsil müəssisəsində təhsil alınmasını təklif edib.Xanım V.Kobaliya iki ölkə arasında turizm sahəsində əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə əmin olduğunu vurğulayıb. O, cari ilin ikinci yarısında Azərbaycan və Gürcüstanın turizm şirkətlərinin nümayəndələrin iştirakı ilə Gürcüstanda birgə seminarın təşkil olunmasını təklif edib. Görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi, ümumi turistik məhsulun yaradılması və digər məsələlər müzakirə edilib.
URL / WWW
http://kelam.az/article/a-3403.html