Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Suriyada kütləvi həbslər
26.04.11 19:53

Suriyanın təhlükəsizlik qüvvələri aprelin 26-na keçən gecə bütün ölkə boyu həbslər həyata keçirib. Məlumata görə, ən azı 500 nəfər həbs edilib. «KƏLAMİNFO» bu barədə «Röyters»ə istinadən məlumat yayıb. Müstəqil təşkilatların məlumatına görə, Deraa şəhərində ən azı 20 nəfər öldürülüb. Aprelin 25-i gecə şəhərə zirehli texnika və piyada qoşunları yeridilib. Şəhərlə əlaqə tam kəsilib. ABŞ Dövlət Departamenti isə Dəməşqdəki diplomatik korpusunun və onların ailə üzvlərinin köçürülməsi barədə qərar qəbul edib. Eyni zamanda ABŞ vətəndaşlarına bu ölkəyə getməmək tövsiyə olunub.
URL / WWW
http://kelam.az/article/a-3402.html