Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Həbsdəki müsəlmanların saqqal saxlamasına qadağa onların dini hüquqlarını pozmur
26.04.11 19:53

«Virciniya ştatının penitensiar sistemi həbsdə saxlanılan müsəlmanların saqqal saxlamamaq barədə qərarı ilə onların dini hüquqlarını pozmur». Bu, ştatın məhkəmə orqanlarının çıxardığı qərarda öz əksini tapıb. Zorlama və digər cinayətlər törətdiyinə görə ömürlük həbs cəzasına məhkum edilən 50 yaşlı sünni müsəlman Uilyam Kauç uzun saç və saqqal saxlamağı qadağan edən ştatın həbsxana idarəsini məhkəməyə vermişdi. Onun qənaətincə, bu onu bir müsəlman kimi saqqal saxlamaq hüququndan məhrum edir. Bu barədə «KƏLAMİNFO» “MIGnews.com”a istinadən məlumat yayıb. Qeyd edək ki, ştatın həbsxanalarında məhkumlara yalnız 3 mm uzunluğunda saqqal və qısa saç saxlamağa icazə verilir.
URL / WWW
http://kelam.az/article/a-3401.html