Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Asəf Hacıyev: “Müəllimlər yüksək maaş və pensiya alacaqlar”
26.04.11 19:53

“Azərbaycanda müəllimlərin dövlət qulluqçusu kateqoriyasına daxil edilməsi ilə bağlı Prezident İlham Əliyevin qərarı böyük əhəmiyyətə malikdir. Bütün təhsil ictimaiyyəti dövlət başçısının bu addımını alqışlayır”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asəf Hacıyev deyib. A.Hacıyev bildirib ki, bu məsələnin müəllimlər üçün mənəvi cəhətdən üstünlüyü çoxdur. Çünki təhsil işçiləri xalqımız qarşısında böyük xidmətlər göstərir, gənc nəslin təlim-tərbiyəsində, onların yaxşı təhsil almasında öz zəhmətlərini əsirgəmirlər. Onun sözlərinə görə, bu mənada müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi mənəvi baxımdan önəmlidir. “Əlbəttə, bu məsələnin sosial tərəfi kifayət qədər vacibdir. Müəllimlər dövlət qulluqçusu olduqdan sonra yüksək maaş və pensiya alacaqlar. Bu qərar tətbiq olunanda yəqin ki, yaşlı müəllimlər yüksək təqaüd müqabilində pensiyaya çıxacaqlar. Şübhəsiz ki, yaxın aylarda ölkə Prezidentinin məlum sərəncamına uyğun olaraq tədbirlər görüləcək və müəllimlərin dövlət qulluqçusu kimi statusu rəsmiləşəcək. Mən dövlət başçısının həmin sərəncamını mükəmməl bir sənəd hesab edirəm” - deyə A.Hacıyev vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3399.html