Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Sabunçu rayonu üzrə sahibkarlardan investisiya layihələrinin qəbulu başlayır
26.04.11 19:53

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabunçu rayonunda "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. İİN-dən “KƏLAMİNFO”ya bildiriblər ki, tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. Sabunçu rayonunun qəsəbələri üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib: zəfəran təsərrüfatlarının yaradılması, zəfəran emalı və qablaşdırılması müəssisəsinin yaradılması, müasir çörək istehsalı müəssisələrinin yaradılması, müasir kiçik və orta həcmli istixana komplekslərinin yaradılması, müasir quşçuluq təsərrüfatlarının yaradılması, kiçik həcmli müasir ət kəsimi müəssisələrinin yaradılması. Bu gündən etibarən "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq, sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
URL / WWW
http://kelam.az/article/a-3397.html