Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Türk-erməni dostluğu” simvolunun başı kəsilib
26.04.11 19:53

Bu gün səhər saatlarında Türkiyənin Qars şəhərindəki “türk-erməni dostluğu”nun simvolu sayılan “İnsanlıq abidəsi”nin heykəllərindən birinin başı kəsilib. “KƏLAMİNFO” Türkiyənin “Doğan” Xəbər Agentliyinə istinadən xəbər verir ki, abidənin sökülməsi ilə bağlı qərarı Qars Bələdiyyəsinin Məclisi bu il fevralın 1-də qəbul etsə də, abidənin sökülməsinə aprelin 17-dən start verilib. Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qarsa səfəri zamanı bələdiyyə sədri və digər rəsmilərlə görüşündə bölgənin tarixi-memarlıq üslubuna zidd olan əcaib tikililərin sökülməli olduğunu bildirib. O, bu abidəni “eybəcər” adlandırıb. Abidənin sökülməsi ilə bağlı məhkəmə qərarı da var və abidənin sökülməsi üçün Tenderdə qalib gələn şirkətə 60 gün vaxt verilib.
URL / WWW
http://kelam.az/article/a-3395.html