Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Amerika tarixçilərinin ermənilər və türklər arasında baş verən münaqişələrdən bəhs edən kitabı çap edilib
25.04.11 20:00

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda Amerika tarixçiləri Castin və Karolin Makkartilərin “Türklər və ermənilər. Erməni məsələsi üzrə rəhbərlik” adlı kitabının Azərbaycan dilində olan variantının təqdimat mərasimi keçirilib. AMEA-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, institutun direktoru, professor İlham Məmmədzadənin redaktorluğu ilə çapa hazırlanan kitab bu elm ocağının əməkdaşları, hüquq elmləri üzrə fəlsəfə doktoru Aydın Əliyev və fəlsəfə doktoru Yaşar Əliyev tərəfindən Azərbaycan dilinə tərcümə olunub. Kitabın Azərbaycan dilinə tərcümə edilərək nəşr olunmasında məqsəd XIX və XX əsrlərdə ermənilər və türklər arasında baş verən münaqişələr və onların tarixi kökləri barədə neytral mövqedən çıxış edən alimlərin ancaq tarixi həqiqətlərə əsaslanan obyektiv fikirlərini Azərbaycan oxucusuna çatdırmaq, “erməni genosidi” deyə tüğyan edən “məzlum” erməni təbliğatının dünyaya meydan oxuduğu bir şəraitdə Azərbaycan oxucusunu əsaslı elmi müzakirələrə hazırlamaqdan ibarətdir.
URL / WWW
http://kelam.az/article/a-3393.html