Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Zahid Oruc: “Azərbaycanın uzlaşdırılmış siyasəti başadüşüləndir”
25.04.11 20:00

ABŞ və Azərbaycan arasında çoxdan sözügedən hərbi təlimlərin gecikməsi ictimai mühitdə kifayət qədər narahatlıq yaratmaqdadır. Bir çox ekspert bu məsələdə hətta Rusiyanı ittiham edirlər. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc isə “KƏLAMİNFO”ya müsahibəsində bildirir ki, bu təxirəsalmanı xüsusi siyasi səbəblərlə əlaqələndirmək düzgün deyil. O qeyd edib ki, Azərbaycanın Rusiyanın təsiri altında bundan imtinasını real saymır. “ABŞ-Azərbaycan hərbi əməkdaşlığı müəyyən həddə çatıb. Amma iki ölkə arasındakı əməkdaşlıq strateji münasibətlər səviyyəsində deyil. Bizim arzu etdiyimiz iki ölkə münasibətlərinin sırf hərbi əməkdaşlıq, yardımlaşma səviyyəsinə çatması üçün birinci növbədə ABŞ daha real addımlar ata bilər. Söhbət regiondakı risklərə qarşı açıq olmaqdan gedir. Belə zəmanət yoxdur. Vaşinqton Rusiya və İranın təsirlərinə Bakının təkbaşına addımlar atmasını istəyir. Bu halda, Azərbaycanın uzlaşdırılmış siyasəti başadüşüləndir”,-deyə Z.Oruc vurğulayıb. Qeyd edək ki, ABŞ-Azərbaycan təlimləri ilk dəfə 2009-cu ilin aprelində keçirilib. Təlimlərdə 759 hərbçi iştirak edib. Onlardan 565-i azərbaycanlı, 194-ü amerikalı olub.
URL / WWW
http://kelam.az/article/a-3392.html