Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Dövlət və Din” ictimai fikir toplusunun növbəti nömrəsi çapdan çıxıb
26.04.11 00:00

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) nəşri olan “Dövlət və Din” ictimai fikir toplusunun cari ildə ikinci nömrəsi çapdan çıxıb. DQİDK-dən “KƏLAMİNFO”ya verilıən məlumata görə, dövlət başçısı İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ilə açılan jurnalın “rəsmi guşə”sində ölkə prezidentinin Novruz bayramı münasibətilə xalqımıza təbriki dərc olunub. Bu rubrika daxilində həmçinin Prezident İlham Əliyevin Gəncədə “İmamzadə” dini kompleksində tikinti-bərpa işlərinin gedişi ilə tanış olması və Xocalı faciəsi qurbanlarının xatirəsinin anma mərasimində iştirakı geniş işıqlandırılıb. Toplunun “Azərbaycan gerçəkliyi”, “Cəmiyyət və din”, “İslam həqiqətləri”, “Tarixə pəncərə” və “Dinlər, təriqətlər” rubrikaları və bölmələrində müxtəlif mövzulara həsr edilən yazılar dərc edilib. “Abidələr” bölməsində isə “Qazqulu müsəlman qəbiristanının köçürülməsi zamanı müsəlman dəfninin aşkar xüsusiyyətlərinin İslam dəyərləri baxımından izahı” və “Mirovozzrenie i arxitektura” yazıları diqqətə çatdırılıb. Jurnalın son səhifələrində ənənəvi olaraq dini terminlərin izahlı lüğəti yer alıb.
URL / WWW
http://kelam.az/article/a-3391.html