Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Səhiyyə Nazirliyi qanvermə aksiyaları keçirib
25.04.11 23:00

Səhiyyə Nazirliyi Polis Akademiyasında, “Azəryolservis” ASC-də və o cümlədən Şəmkir Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyaları keçirib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Aksiyalar zamanı Polis Akademiyasında 51 nəfər, “Azəryolservis” ASC-də isə 54 nəfər könüllü olaraq qan verib. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq. Şəmkirdə də aksiyalar zamanı 662 nəfər könüllü olaraq qan verib. Burada da tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
URL / WWW
http://kelam.az/article/a-3389.html