Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Fikrət Sadıxov: BMT-ni günahlandırmaqla vaxt itiririk
25.04.11 23:59

“BMT kimi təşkilatların Dağlıq Qarabağla bağlı qətnamələrinin reallaşmamasının günahını təmin təşkilatda yox, artıq onu yönəldən dövlətlərdə axtarmaq vaxtı gəlib çatıb”. Bunu “KƏLAMİNFO”ya müsahibəsində politoloq Fikrət Sadıxov bildirib. Onun sözlərinə görə, son illərin reallıqları beynəlxalq münasibətlərdə ciddi dəyişikliyin olmasından xəbər verir. “Dünyadakı hadisələr və BMT-nin onlara yanaşması göstərir ki, burada millətlərin mənafeyindən çox qurumun Təhlükəsizlik Şurasına üzv ölkələrin maraqları daha çox əhəmiyyət daşıyır” - deyə F.Sadıxov vurğulayıb. O qeyd edir ki, bu qətnamələrin reallaşmasında BMT-ni suçlamaqla vaxt itirməkdənsə, ictimaiyyət həmin ölkələrdən bu məsələnin reallaşmasını tələb etməlidir. “Onlardan bir çoxu, məsələn, ABŞ, Rusiya və b. Azərbaycanın strateji partnyorudur. Onlarla əməkdaşlıqda Bakı ortaya qoymalıdır ki, necə olur bizimlə bağlı qəbul olunan 18 ildir gecikən qətnamələr Liviyada cəmi iki günə reallaşdı? Bu məsələlərə artıq rəsmi olaraq aydınlıq gətirməyin vaxtı çatıb” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3388.html