Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Oqtay Əsədov Astanaya gedir
25.04.11 23:52

Aprelin 26-da Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti TÜRKPA-nın II Plenar iclasında iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanaya səfər edəcək. Bu barədə jurnalistlərə açıqlamasında parlamentin mətbuat katibi Akif Təvəkküloğlu bildirib. Onun sözlərinə görə, iclas zamanı TÜRKPA yaranan zaman imzalanmış İstanbul sazişinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı protokol, Türkdilli ölkələrin parlamentlərinin kitabxanaları arasında əməkdaşlıq haqqında protokol imzalanacaq. “Bütün görüşlərin yekunu olaraq isə Astana bəyannaməsinin qəbul olunması gözlənilir” - deyə A.Təvəkküloğlu bildirib. İclas çərçivəsində TÜRKPA-nın gerbinin və bayrağının müəyyən olunması da müzakirə olunacaq. Azərbaycanlı nümayəndə heyətinin tərkibinə deputatlardan Nizami Cəfərov, Əhliman Əmiraslanov, Ülvi Quliyev, Sevinc Hüseynova, Çingiz Qənizadə, İqbal Ağazadə, aparat rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir. Səfər zamanı O.Əsədovun Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə, ölkə Parlamenti Məclisinin və Senatının spikerləri, tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub. A.Təvəkküloğlu deyib ki, görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsi, TÜRKPA-nın beynəlxalq qurumlar arasında mövqeyi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Qeyd edək ki, bu iclas zamanı TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçəcək. TÜRKPA 2008-ci ildə İstanbulda yaranıb. Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan təşkilata üzvdürlər. Təşkilatın Baş Katibliyi daimi olaraq Bakıda yerləşir.
URL / WWW
http://kelam.az/article/a-3387.html