Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Hulusi Kılıc: “Türkiyənin Ermənistan ilə sərhədi lazım gələrsə 180 il də bağlı qalar”
23.04.11 15:49

Türkiyənin Ermənistan ilə sərhədi 18 ildir bağlıdır, lazım gələrsə 180 il də bağlı qalar. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc bildirib. O qeyd edib ki, bu məsələdə Türkiyənin yeganə şərti ədalətdir, işğal olunan Azərbaycan torpaqlarının azad olunmasıdır. Səfir deyib ki, dünya dövlətlərinin bölgədəki ədalətsizliyi görməsi çox zəruridir. “Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı BMT-nin 4 qətnaməsi var. Bunlar yerinə yetirilməlidir. Bu gün Türkiyəyə təzyiq edənlər, “sərhədi aç” deyərək basqı yapanlar bu qətnamələri görmürlərmi? Türkiyə Azərbaycan torpaqlarının işğal olunması səbəbindən sərhədlərini bağlayıb. Əvvəlcə bu səbəb aradan qaldırılmalıdır. İşğal aradan qalxmayınca, sərhədlər açılmayacaq. Türk qardaşları daim Azərbaycanın yanında olacaq. Biz gücümüzü birləşdirməliyik. Aramızda hər hansı problem olarsa da, oturub səmimi şəkildə danışıb, həll etməliyik. Qardaşlar arasında problem ola bilər və onlar danışılaraq həll olunmalıdır”,-deyə Kılıc vurğulayıb. İki ölkənin bütün sahələrdə birliyinin vacibliyindən danışan səfirin sözlərinə görə, ABŞ Türkiyəni itirərsə, Azərbaycanı da itirmiş olacaq. “Nəinki ABŞ, bütün dünyanın bunu bilməsi lazımdır. Onlar Azərbaycan torpaqlarının azad olunmasında lazımı dəstəyin verilməsinə tələsməlidirlər”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3383.html