Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Avropa Parlamentinin üzvünü qəbul edib
23.04.11 15:46

Prezident İlham Əliyev bu gün Avronest Assambleyasının prezidenti, Avropa Parlamentinin üzvü Kristian Vigenini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, Kristian Vigenin ölkəmizə səfərinin əsas məqsədinin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində yaradılan Parlament Assambleyası, həmçinin Avropa İttifaqı, Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələlərinin müzakirə edilməsindən ibarət olduğunu bildirib. O, dövlət başçıları səviyyəsində bu əlaqələrə maraq göstərilməsinin önəmini vurğulayıb. Bu təşəbbüsün və proqramın ölkəmiz üçün əhəmiyyətli olduğunu qeyd edən dövlət başçısı İlham Əliyev Kristian Vigeninin səfərinin bu sahədə gələcək əməkdaşlığımız üçün faydalı olacağına əminliyini bildirib.
URL / WWW
http://kelam.az/article/a-3382.html