Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bahar Muradova: İctimai Palata iflasını uydurmalarla ört-basdır etmək istəyir
22.04.11 18:32

“Milli İstiqlal Partiyası (AMİP) iqtidarın təhriki ilə İctimai Palata girməyib ki, indi də iqtidarın təhriki ilə bu qurumdan çıxsın. Bu, sadəcə, radikal müxalifətin uydurduğu cəfəngiyatdır”. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında vitse-spiker Bahar Muradova bildirib.
B.Muradova qeyd edir ki, oyuncaq qurum olan İctimai Palata iflasa uğradığını hiss edib uydurmalarla bunu ört-basdır etmək istəyir. Ölkədəki siyasi prosesləri kifayət qədər normal qiymətləndirən B.Muradova bir qrup radikalın bundan narahat olduğunu bildirib. “Həmin radikallar düşünür ki, iqtidar legitim deyil, iqtidarın atdığı addımlar yanlışdır. Onlar öz fəaliyyətlərinin iflasa uğramaları səbəbindən belə yalanlara əl atırlar. Çünki iqtidar öz fəaliyyətini düzgün istiqamətdə qurub və dövlətin, xalqın mənafeyini güclü müdafiə etməkdə davam edir” - deyə B.Muradova vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3380.html