Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Talışlar: Səfəvilər dövründən İran-Rusiya müharibəsinin sonuna qədərki dövr ərzində”
25.11.09 22:09

AMEA-nın Tarix İnstitutu: “Talışlar: Səfəvilər dövründən İran-Rusiya müharibəsinin sonuna qədərki dövr ərzində” adlı kitab Azərbaycan dövlətçiliyinə ciddi təhlükədir”. Rusiyanın paytaxtı Moskva şəhərində fəaliyyət göstərən talış diasporası tərəfindən “Talışlar: Səfəvilər dövründən İran-Rusiya müharibəsinin sonuna qədərki dövr ərzində” adlı rus dilində nəşr olunan kitabın təqdimat mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə talış diasporasının sədri olduğunu iddia edən İsmayıl Şabanov və kitabın müəllifi Hüseyn Əhmədi (İran tarixçisi) iştirak edib.Mərasimdə həmçinin özünü müstəqil tarixçi kimi təqdim edən erməni əsilli Robert Qapalyan, “Moskva Kürd Milli Mədəniyyət Mərkəzi”nin sədri Əli Osmanov, “Beynəlxalq Talış Mədəniyyət Fondu”nun sədri Adil Nəsirov, eləcə də Azərbaycanda yaşayan talış separatçılarının fəalı Hilal Məmmədov iştirak edib. H.Məmmədov Azərbaycana qayıdarkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları tərəfindən onun çantasında “Talışlar: Səfəvilərin dövründən İran-Rusiya müharibəsinin sonuna qədərki dövr ərzində” adlı kitabın bir neçə nüsxəsi aşkarlanaraq götürülüb. Kitab müvafiq rəy alınması üçün Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) göndərilib. AMEA-nin Tarix İnstitu isə sözügedən kitabı ölkəmizin cənub regionunda separatçılığı gücləndirməyə və etnik qarşıdurma yaratmağa xidmət edən, tarixi həqiqətləri saxtalaşdıran, Azərbaycan dövlətçiliyi və milli maraqlarının qorunmasına ciddi təhlükə yaradan nəşr kimi qiymətləndirib. “Bu kitab Azərbaycan dövlətçiliyi və milli maraqlarının qorunmasına ciddi təhlükədir”,-deyə Tarix İnstitutunun rəyində qeyd olunur.
URL / WWW
http://kelam.az/article/a-338.html