Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK Türkiyə ali məktəbləri üçün ixtisasların siyahısını elan edir
22.04.11 18:32

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Türkiyədə TCS-2011 imtahanlarında iştirak etmək üçün sənəd vermiş Azərbaycan abituriyentlərlə bağlı elan verib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Qeyd olunur ki, Türkiyə Respublikasının ÖSYM təşkilatının rəsmi internet saytında 21.04.2011-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşları üçün ayrılmış yeni ixtisasların siyahısı göstərilib. Abituriyentlər yeni siyahıdan seçdikləri ixtisasları imtahan zamanı onlara təqdim olunacaq yeni ixtisaslar formasında qeyd edəcəklər. Abituriyentlər siyahı ilə bu linkdə tanış ola bilərlər: osym.gov.tr/dosya/1-57603/h/yeni-2011-tcs-yurtdisi-klz-yeni.pdf
URL / WWW
http://kelam.az/article/a-3377.html