Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bir sıra bölgələrin müəllimləri “Ən yaxşı müəllim” müsabiqəsinə qatılmayıb
22.04.11 15:29

Ölkə rəhbərinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” müvafiq Sərəncamına uyğun olaraq 2010-2011-ci dərs ilində keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin III turu başa çatıb. Təhsil Naziriyndən “KƏLAMİNFO”ya verilən məlumata görə “Ən yaxşı müəllim” müsabiqəsi isə davam edir.
Bu ilki “Ən yaxşı müəllim” müsabiqəsində iştirak üçün 425 müəllim sənəd təqdim edib. Onlardan 10-nun sənədi müvafiq tələblərə cavab vermədiyi üçün baxılmayıb, 415 müəllimin sənədi isə ekspertizadan keçirilib.
Bu il Naftalan şəhəri, Ağdam, Qobustan, Daşkəsən, Yardımlı, Kəlbəcər, Neftçala, Gədəbəy, Laçın, Tərtər, Saatlı, Sabirabad, Xocavənd, Xocalı rayonlarının məktəblərindən heç bir müəllim müsabiqəyə sənəd təqdim etməyib. “Ən yaxşı müəllim” müsabiqəsinə sənədləri qəbul edilən müəllimlərin göstəricilərinin ekspertizasının nəticələrinə görə, 415 nəfərdən 217-si 1, 3–3, 8 civarında bal toplayaraq müsabiqənin ikinci mərhələsində iştirak etmək hüququ qazanıb ki, bu da ötən ildəkindən 13 nəfər çoxdur. Müsabiqədə iştirak edən 217 müəllimdən 55-nin təqdimatı müvafiq komissiya tərəfindən qiymətləndirilib. Gələn ayın sonunadək qalan müəllimlərin təqdimatlarının da dinlənilərək qiymətləndirilməsi nəzərdə tutulub.
Yekun nəticələrə görə onlardan ən yaxşı 95-i müsabiqənin qalibi adına layiq görüləcək. “Ən yaxşı müəllim” müsabiqəsinin 5 qalibi isə hər il olduğu kimi, Naxçıvan müəllimləri arasından seçiləcək.
Bu il "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində iştirak üçün respublikamızın əksər bölgələrini təmsil edən 145 məktəb Təşkilat Komitəsinə müraciət edib. Bu isə keçən illə müqayisədə 22 məktəb çoxdur.
İştirak üçün sənədləri qəbul edilmiş məktəblərin göstəriciləri 10 ballıq sistem üzrə qiymətləndirilib. Ekspertizanın nəticələrinə görə, 145 məktəbdən 108-i 2, 3–7, 8 arasında bal toplayaraq növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Onlardan 4 məktəbin direktoru üzürlü səbəblərdən üçüncü mərhələdə – təqdimat mərhələsində iştirak etməyib. Müvafiq qaydalara görə, 104 məktəb üzrə ikinci mərhələnin nəticələri isə IX və XI sinif şagirdlərinin yoxlama imtahanlarında fənlər üzrə əldə etdikləri keyfiyyət faizi əsasında müəyyənləşdiriləcək. Artıq III turu başa çatan müsabiqənin hər üç mərhələsinin nəticələrinə Təşkilat Komitəsində baxılaraq qalib olan 47 ümumtəhsil məktəbi müəyyən ediləcək. “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin 3 qalibi isə ötən illərdə olduğu kimi, Naxçıvanın tədris ocaqları arasından seçiləcək.
URL / WWW
http://kelam.az/article/a-3374.html