Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bakıda beynəlxalq turizm sərgisi keçiriləcək
22.04.11 15:29

“Turizm ili” çərçivəsində Bakıda beynəlxalq turizm sərgisi keçiriləcək. “KƏLAMİNFO”nun məlumatına görə, sərgi Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq. Assosiasiyanın sədri Nahid Bağırovun sözlərinə görə, sərginin 27 sentyabr Turizm Günündə keçirilməsi nəzərdə tutulur: “Bu günü seçməyimizin səbəbləri var. Həmin gün Azərbaycanın turizm ictimaiyyəti həm dünya turizm gününü qeyd edir, həm yay mövsümünün yekunları, həm də qarşıdan gələn payız-qış mövsümündə görüləcək işlər müzakirə edilir. Hesab edirik ki, sərginin məhz həmin gün keçirilməsinin effekti də böyük olacaq”
3 gün davam etməsi nəzərdə tutulan sərgi ilk iki gündə yalnız turizm sektoru təmsilçiləri, üçüncü gün isə geniş ictimaiyyət üçün açıq olacaq.
URL / WWW
http://kelam.az/article/a-3373.html