Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycan insan hüquqları sahəsində öhdəliklərini uğurla yerinə yetirir
22.04.11 15:29

Ombudsman  Elmira Süleymanova Avropa Şurasının (AŞ) Media bölümü üzrə proqram məsləhətçisi Leyla Dervisagici qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər.
Görüşdə ombudsman qeyd edib ki, Azərbaycan insan hüquqlarının təmini sahəsində öz üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirməkdədir. E.Süleymanova bugünlərdə Vyana şəhərində ATƏT-in Əlavə İnsan Ölçüsü üzrə görüşündə iştirakı ilə bağlı məlumat verib. O, fəaliyyətinin ilk dövrlərindən nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən AŞ ilə insan hüquqları sahəsində qarşılıqlı əlaqələrin qurulduğunu, bu əməkdaşlığın davam etdirilməsinin zəruriliyini söyləyib. AŞ və Avropa Birliyinin həyata keçirdiyi layihələrdə iştirakları və digər məsələlərlə bağlı qonağa məlumat verən E.Süleymanova jurnalistlərin hüquqlarının müdafiəsi ilə bağlı sualı da cavablandırıb. O, digər hüquqlarla yanaşı, media hüquqlarının da müdafiəsini nəzarətdə saxladığını vurğulayıb. Törətdikləri əmələ və müvafiq qanunvericiliyə uyğun, habelə hüquq pozuntusuna yol verən KİV nümayəndələrinin cəzalandırılması üzrə dünya təcrübəsində mövcud olan nativ üsullarla və onların əfvi ilə bağlı təkliflər verildiyi diqqətə çatdırılıb. Görüşdə gənc bloggerlərin azadlığa buraxılması da müsbət dəyərləndirilib.
L.Dervisagic Azərbaycan Ombudsmanı ilə görüşün mühüm əhəmiyyət kəsb etdiyini, insan hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan bu təsisatın AŞ üçün önəmli tərəfdaş olduğunu diqqətə çatdırıb.
Sonda Ombudsman təsisatının əməkdaşları üçün iki günlük treninq-seminarın keçirilməsi qərara alınıb. AŞ-ın dəstəyi ilə keçiriləcək seminarda bir sıra mövzularda müzakirələr aparılacaq.
URL / WWW
http://kelam.az/article/a-3372.html