Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Hicran Hüseynova: “Beş yaşlı körpənin düşünülməmiş şəkildə aksiyaya aparılması cinayətdir”
22.04.11 15:29

Beş yaşlı körpənin düşünülməmiş şəkildə icazəsiz aksiyaya aparılması cinayətdir. O valideyn öz məsuliyyətini dərk etməyib, uşağını mitinqə gətirirsə, buna nə ad vermək olar? Hər şeydən əvvəl uşağın sağlamlığı təhlükə altına salınır, onun psixoloji durumu pozulur. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.
Onun sözlərinə əsasən, həmin valideyn hətta cinayət məsuliyyətinə cəlb olunmalıdır. O, bildirib ki, dövlət həmin 5 yaşlı uşağa sahib çıxıb və körpə polislərin nəzarəti ilə hadisə yerindən uzaqlaşdırılıb. Komitə sədri ana və qızın həbsi ilə bağlı məsələyə toxunaraq, bunun doğru məlumat olmadığını vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3371.html