Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Hicran Hüseynova: “Qadınların nikah yaşının 18-ə qaldırılması ilə bağlı öhdəliyimiz var”
21.04.11 20:05

“Qadınların nikah yaşının 18-ə qaldırılması ilə bağlı Azərbaycanın beynəlxalq konvensiya qarşısında öhdəliyi var və bu öhdəliyi də mütləq yerinə yetirməlidir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova bildirib. O qeyd edib ki, Azərbaycan digər sahələrdə olduğu kimi nikah məsələsində də öhdəliyi yerinə yetirəcək. Parlamentin Sosial siyasət komitəsinin bu məsələnin hələ tez olması ilə bağlı rəyinə münasibət bildirən H.Hüseynova deyib ki, bunun gec və ya tez olmasına heç kim qərar verə bilməz. “Burada əsas əhalinin buna münasibətidir ki, hazırda rəhbərlik etdiyim komitə bununla bağlı respublika üzrə iş aparır. Bizim regionlarda Ailə Dəstək Mərkəzlərimiz var. Son bir neçə ildə erkən nikahların sayının azaldılması, qeyri-rəsmi nikahların qarşısının alınması ilə bağlı bu mərkəzlər çox iş görüb” – deyə H.Hüseynova vurğulayıb. Onun sözlərinə görə, nikah yaşının qaldırılması zamanı qeyri-rəsmi nikahların sayının artmaması üçün bu mərkəzlərin əhali arasında gördüyü işlərlə bağlı ictimai nəzarət də güclü olmalıdır. Son zamanlar erkən nikaha girənlərin sayının əsasən regionlarda daha çox olmasına münasibət bildirən komitə sədri deyir ki, hazırda həmin rayonların adları dəqiqləşdirilir və bu məsələ diqqət mərkəzindədir.
URL / WWW
http://kelam.az/article/a-3368.html