Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Rəbiyyət Aslanova: “Beynəlxalq təşkilatlar ölkəmizdə olan mövcud durumu düzgün qiymətləndirmirlər”
21.04.11 23:05

“Bəzi beynəlxalq təşkilatların ölkəmizdəki proseslərlə bağlı münasibəti gerçəkliyi əks etdirmir. Təbii ki, belə münasibət Azərbaycan vətəndaşlarının narazılığına səbəb olur”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri yap.org.az saytına açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Avropa İttifaqının rəsmi şəxslərinin Azərbaycanda ifadə azadlığı və sərbəst toplaşmaq hüququnun məhdudlaşması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. R.Aslanova qeyd edib ki, Azərbaycanda insan hüquqlarının qorunması, ifadə və söz azadlığının təmin olunması məsələsində heç bir problem yoxdur. Onun sözlərinə görə, bu hüquqlar müvafiq qanunvericilikdə öz əksini tapıb. “Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın bu məsələlərlə bağlı milli qanunvericiliyi Avropa standartlarına uyğundur. Həmin sənədlər Avropa Şurasının Venesiya Komissiyasında ekspertizadan keçərək müsbət rəy alıb. Bu baxımdan, ölkəmizdə ifadə, söz azadlığı və sərbəst toplaşmaq hüququ ilə bağlı qanunlar beynəlxalq konvensiyaların müddəaları ilə tam səsləşir. Ona görə də, əminliklə demək olar ki, Azərbaycanda söz, ifadə azadlığının təmin olunması üçün bütün şərait və şərtlər var”,- deyə R.Aslanova vurğulayıb. Komitə sədri bildirib ki, bəzi beynəlxalq təşkilatlar isə ölkəmizdə olan mövcud durumu düzgün qiymətləndirmirlər. “Həmin təşkilatlar Azərbaycanda həyata keçirilən demokratik islahatların mahiyyətini düzgün qiymətləndirməyərək ölkəmizdə problemlərin olduğunu iddia edirlər. Əlbəttə ki, bunların heç biri gerçəkliyə uyğun deyil. Bu baxımdan, Avropanın nüfuzlu qurumlarının bu cür münasibət bildirmələri çox təəssüfedicidir”,- deyə R.Aslanova qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-3367.html