Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Qırğızıstan parlamenti qoyun kəsməklə şər qüvvələri qovub
21.04.11 20:05

Bu gün Qırğızıstan parlamentinin iclası qeyri-adi qaydada başlayıb. Belə ki, deputatlar iclası şər qüvvələrin qovulması ayini ilə başlayıblar. «KƏLAMİNFO» «İA «24.kg» istinadən xəbər verir ki, şər qüvvələrin parlament iclasından qovulması üçün deputatlar qurban kəsiblər. Qurban qismində isə 7 qoyun seçilib. Maraqlıdır ki, onların harada kəsildiyinə aydınlıq gətirilməyib. Hər halda yəqin ki, parlament binası olmayıb. Parlamentin spikeri Əhmədbəy Gəldibəyov bildirib ki, ayinin həyata keçirilməsi üçün hər deputatın əmək haqqından 700 som (15 dollar) çıxılıb. Spiker vurğulayıb ki, yığılan pulun yalnız bir qismi qoyunların alınmasına sərf olunub. Yerdə qalan vəsait isə xeyriyyə məqsədlərinə sərf edilib. Bu pul internat və qocalar evinin hesabına köçürülüb. Bu ayindən sonra parlamentdə atmosferin dəyişdiyi barədə məlumat hələ ki yoxdur. Qeyd edək ki, bir müddət öncə qırğız parlamentində deputatlar arasında dava düşmüşdü.
URL / WWW
http://kelam.az/article/a-3366.html