Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Bill Geyts Braziliyadan qovulub
20.04.11 19:42

«Microsoft» kompaniyasının yaradıcısı Bill Geyts istirahət etdiyi Braziliyadan qovulub. Bu barədə “KƏLAMİNFO” «Agence France-Presse»ə istinadən məlumat yayıb. Geytslə yanaşı onun bir neçə dostu da ölkəni tərk etməli olub. Onlar Riu-Neqru çayında, Amazonkanın ən böyük axınında qayıqla gəzərkən saxlanılıblar. Belə ki, onların gəzdikləri qayığın fəaliyyət göstərməsi ilə bağlı icazəsi olmayıb. Qeyd edək ki, Bill Geyts və dostlarının sənədlə bağlı problemləri yaranmayıb. Onlar leqal şəkildə turist vizası ilə ölkəyə gəliblər. Sadəcə, onlar yerli işçi qüvvəsindən əcnəbi kimi qanunsuz yararlandıqları üçün cərimələniblər. Bu səbəbdən də üç gün ərzində ölkəni tərk etmələri tələb olunub.
URL / WWW
http://kelam.az/article/a-3360.html