Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycan Ordusunun iki əsgəri yaralanıb
20.04.11 18:39

Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonu istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun iki əsgəri yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya bildiriblər ki, hadisə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında qeydə alınıb. Azərbaycan Ordusunun əsgərləri - 1991-ci il təvəllüdlü Fazil Elxan oğlu Abdullayev və 1990-cı il təvəllüdlü Elşən İsfəndiyar oğlu Nəzərov düşmən gülləsinə tuş gəlib. Hər iki əsgər hospitala yerləşdirilib. F.Abdullayevin vəziyyəti orta ağır qiymətləndirilir. E.Nəzərov isə yüngül xəsarət alıb. Qeyd edək ki, yaralılardan biri Gədəbəy, digəri isə Kəlbəcər Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
URL / WWW
http://kelam.az/article/a-3359.html