Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Hidayət Orucov Türkiyə prezidenti ilə görüşüb
20.04.11 19:39

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov Türkiyədə rəsmi səfərdə olub. DQİDK-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər Türkiyənin diyanət işləri başqanı Mehmet Görməzin dəvəti ilə reallaşıb. Səfər çərçivəsində keçirilən görüşlərdə Dövlət Komitəsi ilə Diyanət İşləri Başqanlığı arasında mövcud əlaqələrin gücləndirilməsi, ortaq milli-mənəvi dəyərlərimizin yad təsirlərdən qorunması ilə bağlı məsələlər müzakirə edilib, bölgədə dini durumun sabitliyi, vicdan azadlığının təmin olunması barədə ətraflı fikir mübadiləsi aparılıb. Türkiyə Prezidenti Abdulla Gül də Hidayət Orucovu qəbul edib. Görüşdə ortaq milli-mənəvi dəyərlərimizin qorunması, böyüməkdə olan nəsillərin vətənpərvərlik ruhunda tərbiyə olunması, regionda dini sabitliyin daha da möhkəmləndirilməsi imkanları ilə bağlı fikirlər ifadə edilib. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişafından və iki ölkə arasında qarşılıqlı etimadın getdikcə güclənməsindən məmnunluq bildirilib. Abdulla Gül səmimi salamlarını və xoş arzularını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib.
URL / WWW
http://kelam.az/article/a-3358.html